Distant təhsil və onlayn təhsil nədir? Ukraynada distant təhsildir ya onlayn?
Hal hazırda Ukraynadakı vəziyyətlə əlaqədar təhsil onlayndır.
Və tez tez verilən suallar Azərbaycanda distant təhsil tanınmır axı?
Qeyd edim ki onlayn və distant təhsil fərqli anlayışlardır!
“Distant” – təhsil birbaşa kontakt olmadan həyata keçirilir. Əksər vaxtlarda, bütün materiallar, tapşırıqlar və s. öyrənənə email və ya distant təhsil platformaları vasitəsi ilə göndərilir. Bu materiallar əsasında öyrənən fərdi şəkildə uzaqdan təhsil alır. Burada vaxt və məkan cəhətdən azadlıq var. Əksər hallarda öyrənən və öyrədən arasında yeganə əlaqə son qiymətləndirmə tapşırığını təhvil verərkən olur.
“Onlayn” - təhsil distant təhsildən fərqli olaraq “uzaqdan” keçirilmir. “Online” – ingiliscədə kompüterə və ya internetə qoşulmuş mənasını verir. Bu baxımdan deyə bilərik ki, heç də bütün distant dərslər onlayn deyil (çünki distant təhsil sadəcə məktublaşma, telefon, televiziya və s. kommunikasiya vasitələri ilə aparıla bilər) və bütün onlayn dərslər də distant deyil. Fiziki olaraq öyrənən və öyrədən uzaq olsa da, onlayn təhsil zamanı kontakt hər zaman olur və öyrənənin nailiyyətləri yaxından izlənilir. Bu baxımdan, onlayn təhsil distant təhsildən daha çox ənənəvi dərslərə oxşardır. Ənənəvi dərslər kimi, onlayn təhsil zamanı da əksər hallarda müəllimlərlə öyrənənlər onlayn canlı bağlantıda görüşür, dərs izah olunur, suallar verilə bilir və s.
Bu iki ferqli mənaları verən terminlərin izahınnan sonra keçək əsas məsələyə.
Hal hazırda qəbul və dərslər onlayn şəkildə aparılır.
Qəbul üçün bizim ofisimizdə onlayn şəkildə kamerayla Universitetin qəbul komissiyası müsahibə keçirir tələbələrlə.
Və müsahibəni keçən tələbələr universitetə qəbul olur.
Əyani oxuyan tələbələr 1-5 gün dərlərə girib onlayn şəkildə iştirak edir.
Qiyabi oxuyan tələbələr ildə iki dəfə sessiya imtahanı vaxtı imtahanlarda iştirak edir.
Baxılıb: 2393 | Müəllif: Cəfərov F.F. | Tarix: Saturday, 19 November 2022 |








