Magistratura üzrə Dövlət proqramı
Dövlət Proqramı dəstəyi ilə xaricdə təhsil almağa göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. Dövlət Proqramı çərçivəsində magistratura, rezidentura və ya doktorantura pilləsində təhsilinizin maliyyələşdirilməsi üçün xahiş edirik aşağıdakı seçim meyarları ilə tanış olun.
Diqqət! Yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Dövlət Proqramında iddiaçı şəklində iştirak edə bilərsiniz.
- Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir;
- Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış iddiaçılar sırasından seçilir.
- Dövlət Proqramı təqaüdçüləri Azərbaycan gənclərinin 2015/2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisəsələrinin birindən qəbul məktubu almış və ya hazırda təhsil alan iddiaçılar sırasından seçilir.
- Dövlət Proqramı təqaüdçüləri yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar sırasından seçilir;
- Artıq xaricdə təhsil alan iddiaçıların, Seçim Qaydalarının 2.1.6-cı bəndinə uyğun olaraq, təhsil aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir.
- Bakalavriatdan sonrakı təhsil səviyyələri üzrə müraciət edən iddiaçıların xaricdə oxumaq üçün seçdiyi ixtisas, mövcud Seçim Qaydalarının 3.1.6-cı bəndinə uyğun olaraq, onun ali təhsil haqqında diplom üzrə ixtisasına uyğun olmalıdır.
- Dövlət Proqramı təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər. Xarici dil tələbləri barədə daha ətraflı.
Qeyd – Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kursları maliyyələşdirilmir.
Baxılıb: 5330 | Müəllif: Cəfərov F.F. | Tarix: Tuesday, 30 October 2018 |








