Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsi ilə həyata keçirilir. Xahiş edirik elektron ərizəyə keçməmişdən əvvəl tələb olunan sənədlər ilə tanış olun. Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri ərizəyə yükləmək tələb olunacaq.
Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunmalı və öz imzası ilə təsdiqlənərək təqdim olunmalıdır.
1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq olunmuş surəti (TOEFL, IELTS və s.);
3. TQDKimtahanlarının nəticəsi (bal ərizədə qeyd olunmalıdır - arayış və ya təsdiqedici sənəd tələb olunmur);
4. Ali məktəbi bitirməyinizi təsdiq edən sənəd (diplom) və ya arayışla yanaşı əlavəsinin (transkript) notarial qaydada təsdiq olunmuş surəti;
5. Hazırda ali məktəbdə təhsil alırsınızsa - təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript;
6. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə);
7. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsinin notarial qaydada təsdiq olunmuş surəti;
8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış;
10. CV və ya tərcümeyi-hal (istənilən formatda, sertifikat və təltifləriniz haqqında məlumatları da daxil edin (mövcud olduğu halda)).
* 2015-ci ildə keçirilən imtahanlarda iştirak edən və ya yerli ali məktəbdə qeydiyyatdan keçməyən namizədlər imtahanın nəticələrinə dair arayışı sənədlərinə əlavə etməlidirlər.
* Xarici ali təhsil müəssisələrindən əldə olunan diplomlar müvafiq qaydalara uyğun olaraq nostrifikasiya olunmalıdır.
Ətraflı məlumatı http://www.nostrifikasiya.edu.az/ ünvanından əldə edə bilərsiniz.
Elektron qaydada təqdim olunan sənədlərin əslini (və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz.
*Yalnız Azərbaycan ali təhsil müəssisələrində təhsillərini tamamlamış namizədlər diplom əvəzinə məzun olduqlarına dair arayışla müraciət edə bilərlər.
Nazirliyə təqdim olunacaq sənədlər geri qaytarılmır.
Baxılıb: 3319 | Müəllif: Cəfərov F.F. | Tarix: Tuesday, 30 October 2018 |








